ABŞ Prezidenti Co Bayden keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçovun vəfatı ilə əlaqədar başsağlığı verib.
APA TASS-a istinadən xəbər verir ki, Bayden yazılı bəyanatında Qorbaçovun başqa gələcək naminə öz karyerasını riskə atan nadir liderlərdən olduğunu bildirib.
Ağ ev rəhbərinin sözlərinə görə, bu addım daha təhlükəsiz dünyanın qurulması və milyonlarla insanın azadlığı ilə nəticələnib.
O, Qorbaçovun uzaqgörən insan olduğunu da vurğulayıb.


Şərhlər
Azərbaycan xalqı 20 yanvar qətliamını qorbaçova bağışlamaz heç vaxt. Gorbagor olsun.