Menu

“Yaxın bir həftədə Zəngilanın Ağalı kəndinə daha 25 ailə köçürüləcək” - Rövşən Rzayev

01.09.2022, 00:20
“Yaxın bir həftədə Zəngilanın Ağalı kəndinə daha 25 ailə köçürüləcək” - Rövşən Rzayev

"Yaxın bir həftə ərzində Zəngilan rayonunun Ağalı kəndinə 25 ailə köçürüləcək".

"Report"un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev "Real tv"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb: "41 ailə artıq orada öz həyatını davam etdirir. Yaxın bir həftə ərzində 25 ailəni "Ağıllı kənd"ə köçürməyi nəzərdə tuturuq. Bundan sonra da Dövlət Komitəsinin qarşısında qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırıq. Ümumilikdə 200 ailənin ora köçürülməsini mərhələ-mərhələ həyata keçirəcəyik".

Şərhlər

t.ədalət 2022-09-01 10:47:46

Köç Zəngilanın mərkəzindən başlamalıdır.

Zəngilanlı 2022-09-01 10:08:21

Köçürülmə kütləvi olmalıdır.ŞŞŞ.niyə kəndin əhalisi
niyə tam köçürülmür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol