Rusiya Prezidenti Vladimir Putin ötən gün vəfat edən SSSR-nin ilk və son prezidenti Mixail Qorbaçovun dəfn mərasimində iştirak etməyəcək.
“AzPolitikainfo” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
“Vladimir Putin iş qrafiki səbəbindən dəfn mərasimində iştirak edə bilməyəcək. O, bu gün Qorbaçovun vəfat etdiyi xəstəxanaya baş çəkərək, başsağlığı verib”,-deyə Peskov bildirib.
“AzPolitika.info”


Şərhlər