Menu

Rüşvət aldığı iddia edilən DYP rəisi vəzifəsindən azad edildi - Başqa vəzifəyə təyin olundu + AUDİO

01.09.2022, 19:46
Rüşvət aldığı iddia edilən DYP rəisi vəzifəsindən azad edildi - Başqa vəzifəyə təyin olundu + AUDİO

Rüşvət almaqla bağlı səs yazısı yayılan Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı iddia barədə araşdırma aparılıb.

Aparılan araşdırmaların nəticəsindən sonra V.Bəşirli Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsinə təyin edilib.

Hazırda Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə V.Bəşirlinin kimləsə əlbir olub, müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyi barədə səs yazısı yayılıb.

Sözügedən səs yazısında onun əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi qeyd edilib.

Şərhlər

Shushali 2022-09-01 22:57:13

Agsuda evvel mero reisi olmush sahib imanovun qardashi oglu reshad imanov naib oglu da Baki rayonlarindan birine mero reisi teyin olunandan az sonra rushvet ustunde tutuldu, amma ishden azad edib hebs etmek evezine uchastkovi qoydular.

Kòhne 2022-09-01 20:35:30

Meşədi .....

t.ədalət 2022-09-01 19:36:14

Məlumdur ki,Şpolisə heç kimi pulsuz götürmürləır.İndi də onu işdən çıxarmaq üçün verdiyi pulu geri qaytarmaq lazım gələcək.Odur ki,baş aldatdı oyunu ilə bu rayondan götürüb digər rayona atırlar.

Perviz 2022-09-01 18:08:26

Olkə deyil e delixanadi, adam rusvet alib, isdən cixartmaq, həbs etmek qaldi bur yana, adami hələ başqa vəzifəyə də təyin edirlər.

ƏDALƏT 2022-09-01 16:44:30

İndidə getdi Ağsuda bazar açmağa.Analoqu olmayan qudalar ölkəsi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol