Rusiyanın bir sıra bölgələrində Prezident Vladimir Putinin rejimindən narazılıq çoxalır.
Bu barədə «LB.ua» nəşrinə müsahibəsində Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov xəbər verib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiya xüsusi xidmətlərinin bu ölkə ərazisində keçirdikləri sosioloji sorğunun məlumatlarına malikdir. Onlardan görünür, Rusiyada ərazilər meydana çıxır ki, onlar müstəmləkə vəziyyətindən azad olmağa hazırdırlar. «Belə deyək ki, onlarla belə bölgələr var. Biz, başa düşürük ki, şərti desək, bütün proseslərin avanqardında kim olacaq» - Danilov deyib.
O, bəyan edib ki, Rusiya hakimiyyəti bu regiondakı problemlərdən xəbərdardır, nədən ki, həmin problemlərin artması Rusiyanın dağılması ilə nəticələnəcək.
Buradan belə nəticə çıxarmaq olar ki, Çeçenistanın başçısı Ramzan Kadırovun postundan istefa verməyə hazır olması barədəki söz-söhbətlər heç də təsadüfi deyil.
AzPolitika.info


Şərhlər