Menu

Üç gündə 157,5 milyon dollarlıq hava hədəfi məhv edilib – Rusiya havadakı üstünlüyünü itirir

10.09.2022, 14:40
Üç gündə 157,5 milyon dollarlıq hava hədəfi məhv edilib – Rusiya havadakı üstünlüyünü itirir

Üç gün ərzində Ukrayna hərbçiləri düşmənin 157,5 milyon dollar dəyərində hava hədəflərini məhv edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin açıqladığı məlumatda deyilir.

Qeyd olunur ki, 5-7 sentyabr tarixləri ərzində Rusiya ən bahalı və yüksək texnoloji silahlarından biri - Kh-101 qanadlı raketlərindən də istifadə edib. “Rusiya sentyabrın 5-də Ukrayna ərazisinə 6 ədəd Kh-101 raketi atıb (onlardan 5-i Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub). Kh-101-in bir ədədinin təxmini dəyəri 13 milyon dollardır. Rusiyanın 6 ədəd Kh-101 raketindən istifadə etdiyini nəzərə alsaq, bu, 78 milyon dollar edir”.

Bundan əlavə, Rusiyanın dəyəri 600 min dollar olan iki ədəd X-59 idarə olunan raketi, iki ədəad Ka-52 hücum helikopteri - 32,4 milyon dollar, bir ədəd Mi-24 hücum helikopteri - 12,5 milyon dollar və üç “Su” hücum təyyarəsi məhv edilib.

Eyni zamanda Ukrayna hərbçiləri rusların ümumi dəyəri 1 milyon dollar olan “Orlan-10” tipli əməliyyat-taktiki pilotsuz təyyarələrini vurub.

İlkin hesablamalara görə, müharibənin üç günü ərzində yalnız səmada Rusiya ordusunun itkiləri 157 milyon 500 min dollar təşkil edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol