Menu

“SİZ, UDUZMUSUNUZ!” – “General iclasda Putinin üzünə deyib”

10.09.2022, 20:52
“SİZ, UDUZMUSUNUZ!” – “General iclasda Putinin üzünə deyib”

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin videoəlaqə rejimində güc və hərbi blokun rəhbərliyi ilə hərbi iclas keçirib. Bu iclasda işğalçı ölkənin Baş Qərargahının generallarından biri Putinə bəyan edib ki, o, Ukraynaya qarşı müharibədə məğlub olub.

Bu barədə RF Xarici Kəşfiyyat Xidmətinin (XKX) istefada olan generalı adından çıxış edən «XKX Generalı» Teleqram-kanalı yazır. Kanalda guya Putin və ətrafı barədə insayder informasiyası dərc edirlər. Qeyd olunur ki, güc strukturları ilə iclasın keçirilməsinə səbəb Kreml başçısının XKX xətti ilə çıxışı olub.

Çıxışda deyilir ki, ABŞ hərbi-siyasi rəhbərliyi tərəfindən guya RF-nın Ukraynada hərbi məğlubiyyəti barədə dəqiq qərar qəbul olunub. İclasda RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, FTX direktoru Aleksandr Bortnikov, Müdafiə Nazirliyinin və RF Baş Qərargahının nümayəndələri, Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin və digər güc strukturu nümayəndələri iştirak ediblər.

İclasın əvvəlində Putin çıxışını oxuyub və həmsöhbətlərinə perspektiv barədə (ifadə olunmuş informasiya çərçivəsində və nəzərə almaqla ki, o, gerçəyi əks etdirir) öz fikirlərini söyləməyi təklif edib.

Putin əvvəlcə sözü Patruşevə verib, amma o, təklif edib ki, Baş Qərargah nümayəndəsi cəbhədəki vəziyyət barədə öz fikrini bildirsin. Putin sözü Baş Qərargah rəhbərliyinin nümayəndəsinə verərkən, nümayəndə bir neçə kəlimə ilə əmin olduğunu bildirib ki, çıxış üzrə informasiya ABŞ-ın planlarına uyğun gəlir və deyib, RF ordusunun daha hücum üçün imkanları yoxdur, tezliklə isə həm də müdafiə üçün imkanlar olmayacaq. General öz nitqini belə tamamlayıb: «Siz, uduzmusunuz, Vladimir Vladimiroviç».

Qeyd olunur ki, iclas iştirakçıları «gerçəkdən generalın sərtliyindən sarsılıblar» və uzun pauzadan sonra, Patruşev deyib: «Siz, Ali Baş Komandanla necə danışırsınız?»

General ondan da sərt cavab verib: «Efirdən ayırmaq üçün tələsdiniz».

AzPolitika.info

Şərhlər

dadaşyev 2022-09-11 05:42:38

Putin də deyib ki "nəyimi uduzmuşam,gədə?"O da deyib "hər şeyini,keçmişini,gələcəyini,bəyliyini,torpaqlarını.Sağdırsa Humayı ver,əl-ələ tutub gedək burdan".Tüpürüb üzünə.Putin də aşıq Yeqor Kuzmiç Qnatyuku çağırtdırıb,deyib "bunun beşiyi başında nə çalırdın?"O da deyib "Yanıq Matfeyi".Deyib "çal,aşıq,çal,məmur havasıdı".

t.ədalət 2022-09-10 21:56:37

Putin və onun ətrafının süqutu an məsələsidir.Respublikalardakı casuslar və rus dilli kadrlar da bundan nəticə çıxarmalıdırlar.Demək olar ki,daha həmin Rusiya və onun başında duran despot rejim yox vəziyyətindədir.

Vətəndaş 2022-09-10 21:46:36

ZALIMLAR BİLMƏLİDİRLƏR Kİ FƏLƏK BİR DƏFƏ DƏ ONA ƏL BULAYACAQ. ZALIMIN SONU YAXINLAŞIR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol