Xarkov və Xerson vilayətlərində Ukrayna silahlı qüvvələrinin əks-hücum fəaliyyəti davam edir. Rusiyalı işğalçılar kütləvi halda qaçırlar və ya əsir düşürlər.
Aktivist və politoloq Vladimir Molçanovun bəyan etdiyi kimi, bu, inanılmaz, total məğlubiyyət dünyanın hərb tarixinə düşəcək. Bu barədə «Kanal 24»-ün süjetində söhbət açılır («UNİAN»).
Onun sözlərinə görə, əgər hesab etsək ki, Kupyansk artıq USQ tərəfindən azad olunub, o zaman orada yalnız dəmir yol stansiyası və ona bitişik Qovşaq-Kupyansk qalır.
«Elacə də İzyum, o hələ tam təmizlənməyib, amma artıq işğalçılar tərəfindən tərk edilib - onlar qaçmağa nail olublar. Buna əlavə olaraq, rusiyalılar mühasirə olunmuş Svyataqorskdən də qaçıblar. Liman barədə dəqiq məlumat yoxdur, rusiyalılar özləri yazırlar ki, orada döyüş gedir və ya onlar da artıq qaçıblar» - Molçanov qeyd edib.
AzPolitika.info


Şərhlər