“Putin Ukraynanı və bütün Avropanı soyuq, qaranlıq qışa qərq etmək istəyir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov mətbuata açıqlamasında deyib.
Yusov bildirib ki, Rusiya Zaporojye AES-i işğal etdikdən və orada öz hərbçilərini yerləşdirdikdən sonra dünya birliyi bu hadisəyə adekvat kəskin reaksiya vermədiyi üçün işğalçı dövlət daha da irəli gedir və Ukraynanın bütün elektrik təminatı sistemini hədəfə alır. Hərbi kəşfiyyatın sözçüsü qeyd edib ki, artıq təkcə Zaporojye AES deyil, digər nüvə stansiyaları da təhlükə altındadır.
Ukrayna kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya Zaporojye AES-də yeni təxribatlar planlaşdırır və bütün bunlar şantaj vasitəsi olmaqla yanaşı, stansiyadan ayrılan elektrik xətlərinin tam sıradan çıxarılmasına hesablanıb. Bu da nəticə etibarı ilə həm stansiyanın təhlükəsizliyinə, həm də mülki əhalinin enerji təminatına ciddi zərbə vuracaq.
“AzPolitika.info”


Şərhlər