Menu

Ebola virusuna yoluxmuş həkim sağaldı

11.11.2014, 08:58
Ebola virusuna yoluxmuş həkim sağaldı

Ebola virusuna yoluxmuş Nyu-Yorklu həkim sağalıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, 33 yaşlı Kreyq Spenser noyabrın 11-də xəstəxananı tərk edəcək.

Kreyq Spenser Qvineyada “Sərhədsiz həkimlər” missiyasının tərkibində çalışıb. Bu ölkədə bir aya yaxın qalan amerikalı həkim Ebolaya yoluxan xəstələri müalicə edirmiş. K.Spenserdə Ebola virusu oktyabrın 23-də müəyyən edilmişdi. Hadisə Nyu-Yorklular arasında təlaşa səbəb olmuşdu. Xəstəxanaya yerləşdirilməmişdən əvvəl K.Spenser əhalinin sıx olduğu yerlərə baş çəkməyə vaxt tapmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol