Menu

Beynəlxalq konfransın iştirakçıları Füzuli barədə məlumatlandırılıblar

19.09.2022, 00:21
Beynəlxalq konfransın iştirakçıları Füzuli barədə məlumatlandırılıblar

"Mədəniyyətin iqtisadiyyatı - Şuşadan inkişaf impulsları" beynəlxalq konfransının iştirakçıları Füzuli rayonunda səfərdə olublar.

Bu barədə “Report”a Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonu tərkibində işğaldan azad edilmiş ərazilər üzrə Xüsusi Nümayəndəliyindən bildirilib.

Qonaqlara minalanmış ərazilər, dini, tarixi, mədəni abidələr, ekoloji terror, həmçinin hökumətin bərpa planları haqqında məlumat verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol