Bursa sakini evini Azərbaycan bayrağının rənglərinə boyadı - FOTO

Türkiyənin Bursa şəhərinin İznik rayonunda yaşayan ailə 4 mərtəbəli evi Azərbaycan bayrağının rənglərinə boyamaqla öz dəstəyini ifadə edib.

Lent.az xəbər verir ki, əslən Azərbaycandan olan Nərgiz Aktaşın həyat yoldaşı Nüsrət Akdaş xanımına ad günü hədiyyəsi olaraq bu gərgin günlərdə Azərbaycan sevgisini bəyan edib. Hazırda evin qarşısına çoxlu sayda insan gəlib şəkil çəkdirir.

Nüsrət Akdaş bildirib ki, evi təmirdəykən Azərbaycanda, sərhəddə gərginlik və şəhid xəbərlərini alıb.

”Qardaş ölkəyə sevgimizi bu şəkildə bildirmək istədik Azərbaycan bayrağının bağrında Türkiyə bayrağı və onun ay ulduzu var. Biz bir-birimizdən ayrılmazıq” ,deyə o qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar