Menu

“AYIB OLSUN SƏNƏ, HÜSEYNBALA!” – “Mənim sayəmdə müdrikliyin zirvəsində oturmusan...” (VİDEO)

19.09.2022, 20:24
“AYIB OLSUN SƏNƏ, HÜSEYNBALA!” – “Mənim sayəmdə müdrikliyin zirvəsində oturmusan...” (VİDEO)

“Hüseynbala Mirələmov! Sənin mənim zənglərimə cavab verməməyin, telefonlarımı söndürməyin məndə təəssüf hissi doğurur”.

“AzPolitika.info” xəbər verir ki, bunu yazıçı-filosof Əlisa Nicat “Kanal 13”-ün canlı yayımında çıxış edərkən deyib.

Yazıçı bir aydan artıqdır Hüseynbala Mirələmovla əlaqə qura biməməsindən şikayətlənib: “Biz 30-35 ildir ki, bir-birimizi tanıyırıq. Mən bilmirəm, sən niyə belə edirsən. Ancaq sənin bu hərəkətlərini özümə təhqir kimi qəbul edirəm və bundan inciyirəm. Axı bu sənə yaraşmır”.

“Mənə elə gəlir ki, sən mənim sayəmdə müdrikliyin zirvəsində oturmusan. Elə deyilmi? Yaraşırmı sənə? Sən nə qədər kitabların müəllifisən - “Cəza”, “Qayada çiçək”, “Sonuncu Fateh”. Bunların hamısı sənin əsərlərindir. 20-30-dan çox belə kitabın müəlifi olan bir adam öz dostunun zənglərinə cavab vermir. Hələlik, çox sağol!”, - yazıçı şikayətlənib.

Şərhlər

T Cavad 2022-09-25 06:36:22

arabir gorum baxim edib ayri sohbet ola bilmez

dadaşyev 2022-09-21 17:30:39

Əlisa müəllim,deyir "dostunu mənə göstər,sənə deyim kimsən".Amma sən axı heç ona oxşamırsan,bu necə dostluqdu?Səni həyat qurudub elə bil,o isə maşşşallah top kimidi qayğısız həyatdan.Dodaqlarınız da fərqlidi ee.Sənin dodaqların qupquru,onunku isə sanki şıdırğı quyruq kababı,təkə bozartması yeməkdən apeısin dilimi kimi.Məncə dodaqlarınız fərqlidi deyə telefona çavab verməyib.Ola bilər.

Veteran 2022-09-21 14:16:26

Katibəsinin arxasını tumarlayan ünsürdəmi müdriklik rəmzi sayılır ?

Veteran 2022-09-21 14:15:37

Katibəsinin arxasını tumarlayan ünsürdəmi müdriklik rəmzi sayılır ?

Senan 2022-09-20 14:20:28

Oooxxx! Hūseyinbala əvvəllər iti ulamışdı bal əmirdi indi isə işi dūz gətirmədi .....

Vetendaş. 2022-09-20 10:52:59

Eger Elisa Nicat Hüseynbalanın adından kitab yazıbsa onda ele düz edib cavab vermir. ....

Elmira 2022-09-20 09:48:45

Mən heç inanmıram ki , Mirəlamov kimi adam nə isə yaza bilər. O da qalmış kitab!

Roma 2022-09-20 08:55:35

Əlisa müəllim, kül başına o müdrilkliyə ki, onun zirvəsində hüseynbala oturub....

Musa 2022-09-20 06:58:40

Hüsseynbala heç vaxt əlinə qələm almayıb.Dəqiqliyi ilə deyirəm onun əsərlərini Ə,Xələfli,Elcin Kamalla birlikdə yazıb.Hüs.bala ancaq pul buraxıb

dadaşyev 2022-09-20 00:41:40

Əlisa müəllim,əsl yazıçı bu adamdan o biabırçı videoya görə inciyərdi.Müdrikliyin zirvəsində olan budurmu?Müdrik adam nəvəsi yerində olan bir qızı görəndə "dərə xəlvət,tülkü bəy" düşüncəsində olarmı?Sən isə zənglərə cavab vermədiyi üçün incimisən.

Афиг 2022-09-19 23:45:24

deyəsən kitablarının pulunu istəyir,tanıyanlar bilir ki,Hüseynbala heç iki eşşəyin arpasını bölə bilmir,deputat təyin olunan kimi eşqi dombaldı,cuşa gəlib kitablar ifraz eləməyə başladı,öl yerə gir a belə kişi!

Teymur 2022-09-19 23:41:08

Sonuncu kitabı qeyd eləmədi. "İş otağında performans ! "

Tahir 2022-09-19 21:54:22

"Müdrikliyin zirvəsi"? 30-35 ilin dostluğuna bir qoz qoyan birisini müdrikliyin zirvəsində görürsənsə onda Mirələm sənə düz edib cavab vermir. "Müdrikliyin zirvəsi"ndən sonra " baxdığın" zirvəsi gəlirmi Əlvida müəllim?

Elxan 2022-09-19 21:26:41

Millet ne hayda,bu ne hayda

t.ədalət 2022-09-19 20:39:16

Kitabların yazılmasında Səlim Babullanın adı hallanırdı.İndi də Əlisa müəllim vurub gözün çıxardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol