Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin çaşqınlıq içərisindədir. O, anlaya bilmir ki, bundan sonra nə olacaq. Rusiyanın Ukraynadakı müharibəyə yönəlik hansısa uzunmüddətli strateji planlaşdırması yoxdur.
Bu fikri hərbi-hüquq araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musiyenko səsləndirib («Kanal 24»).
Onun fikrincə, Kreml situasiyaya uyğun hərəkət etməyə ümid bəsləyir və nəzərə alacaq ki, bundan sonra cəbhədə hadisələr necə inkişaf edəcək.
«Rusiyanın yeganə planı - məsələni qışa qədər uzatmaqdır. Rusiyalılar qaz mövzusuna stavka edirlər və inanırlar ki, Avropada bu mövzu üzrə parçalanma baş verəcək» - ekspert qeyd edib.
Xatırladırıq, bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna silahlı qüvvələrinin uğurlu əks-hücumundan sonra RF Prezidenti Vladimir Putin Kiyevlə danışıqlar məsələsində öz mövqeyini dəyişməyə başlayıb.
AzPolitika.info


Şərhlər