Menu

Rusiyada səfərbərlik əleyhinə aksiyalar zorakılıqla dağıdılır - FOTOLAR + VİDEO

22.09.2022, 15:26
Rusiyada səfərbərlik əleyhinə aksiyalar zorakılıqla dağıdılır - FOTOLAR + VİDEO

Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfrbərlik elan etməsi etirazlarla qarşılanıb. 

"AzPolitika.info" xəbər verir ki, dünən paytaxt Moskva da daxil olmaqla bir neçə iri şəhərdə kütləvi etiraz aksiyaları keçirilib. Minlərlə insanın qatıldığı anti-rejim aksiyalarında Putin hakimiyyətinin əleyhinə şüarlar səsləndirilib, habelə hakimiyyətdən Ukraynadakı işğalçı müharibənin dayandırılması tələb olunub.

Rusiya Daqxili İşlər Nazirliyi etirazaçıların üstünə daxili qoşunları, habelə xüsusi hazırlıqlı polis qüvvələrini göndərib. Nəticədə nümayişlər zorakılıqla dağıdılıb, yüzlərlə aksiya iştirakçısı saxlanılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə dünən gün boyu mindən artıq rusiyalı saxlanılaraq polis bölmələrinə aparılıb.

Xatırladaq ki, səfəbərlik qərarı Rusiyadan kütləvi qaçışa da rəvac verib. Dünən gün ərzində Rusiya ilə viza rejimi olmayan Türkiyə və postosvet ölkələrinə təyyarə biletləri qısda müddətdə satılaraq bitib. Bəzi aviakompaniyalar bilet qiymətlərini hətta 10 min avroya qədər bahalaşdırıblar.

Ekspertlərə görə, səfərbərlik qərarı nəinki Ukrayna cəbhəsində vəziyyəti Rusiyanın xeyrinə dəyişəcək, əksinə ölkə daxilində hakimiyyətə qarşı etirazların genişlənməsinə və açıq müstəviyə keçməsinə şərait yaradacaq.

Rusiyada aparılan rəy sorğularına görə, Ukraynada aparılan əsassız, işğalçı müharibəni dəstəkləyənlərin sayı sürətlə azalır. Hazırda yalnız 50-55 yaşdan yuxarı vətəndaşların bir qismi müharibənin davam etdirlməsini istəyir. 18-35 yaş qrupuna daxil olan gəncələrin 80 faizə qədəri Ukraynaya qarşı "xüsusi əməliyyatın" əleyhinədir. 

Putinin səfərbərlik qərarı da 25-35 yaş qrupuna daxil olan keçmiş hərbi vəzifəliləri əhatə edir. Mdafiə naziri Sergey Şoyqu bildirib ki, hakimiyyət bu qərarla təxminən 300 min nəfəri Ukraynda müharibəyə cəlb etmək niyyətindədir. Ekspertlərə görə, bu sayda qüvvənin orduya cəlb edilməsi xeyli problematikdir. Onların toplanması, təlim keçməsi, silah-sürsatla təmin olunması, yeni hərbi birləşmələrin yaradılması və s. texniki, logistika işləri ən azı 6 ay vaxt apara bilər. 

Rusiya hakimiyyətinə isə qısa müddətdə Ukrayna cəbhəsində boşalan hərbi hissələrin yerini doldurmaq lazımdır. Qarşıda Qərbin ən müasir silahları ilə silahlanmış, yüksək motivasiyalı Ukrayna ordusu ilə qeyri-bərabər, ağır döyüşlər gözləyir...

Rasim Əliyev

"AzPolitika.info"         



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol