“Tez silah paylayın, görərsiz kimə qarşı yönələcək...” - Belarusların Lukaşenkonun bəyanatına cavabı

Rusiya Federasiyasında Vladimir Putin tərəfindən qismən səfərbərlik elan olunmasının ardınca Belarusun «özündənbəy» Prezidenti Aleksandr Lukaşenko da hərbi rejimin normalarına hazırlaşmaya ehtiyacın olduğunu bəyan edib.

Buna cavab olaraq, belaruslar uzurpatoru (hakimiyyəti mənimsəyən şəxs) «şizofrenik-manyak» adlandırıblar və mümkün qədər tezliklə silah paylamağa çağırıblar.

Lukaşenkonun xəstə bəyanatlarına Belarus vətəndaşlarının reaksiyası «Xartiya 97» nəşrində dərc olunub. İnsanlar hesab edirlər ki, hakimiyyəti öz əlində saxlamaq üçün «özündənbəy» lider hər şeyə qadirdir.

«Belarus maliyyə böhranı və defolt astanasındadır, ona görə də öz qeyri-legitim hakimiyyətini əldə saxlamaq üçün qoca adam və şizofrenik-manyak Lukaşenko mümkündür ki, Ukraynaya müharibə ilə getsin. Saray yandı… Öz hakimiyyəti xatirinə o, hər şeyə qadirdir: «Həyatda olduğu kimi - anbar müdiri gözdən yayınıb, anbarı yandırır ki, dağıntılar altında oğurluğu gizlətsin. Bu cinayətkar sürü də eləcə. Oğurlayıblar, dağıdıblar- xalqı yaman günə qoyublar, o, qaçır, nə etməli? Müharibə - budur çıxış yolu ki, cinayəti gizlədəsən, razı olmayanları əsgər göndərib də onları döyüş meydanında basdırasan, xalqın diqqətini təxirəsalınmaz problemlərdən ümumi qaçışla yayındırasan» - belaruslar hesab edirlər.

Şəbəkənin bəzi istifadəçiləri Lukşenkonu qabaqlayaraq, Haaqa tribunalına verməyə çağırırlar - «özümüz isə azad ölkədə insan kimi yaşayacağıq» - belaruslar arzulayırlar.

«Ancaq tezliklə silah paylayın, o zaman görərsiniz ki, onu hara tuşlayacaqlar»: «Lend-Liz artıq dəqiq Ukraynaya gedəcək.

«Referendumlar», hərbi vəziyyətə keçid, səfərbərlik - Rusiya dağılacaq. Çox maraqlı olacaq. İki marazmatik öz sonunu sürətləndirir. Məntiqlə, Ruiyanı daxildən dağıtmalıdırlar, gərginlik sıçramalıdır. Bu, ona görədir ki, əgər Rusiyada hələ hamı sona qədər zombi olmayıb» - nəşrin oxucuları qeyd ediblər ki, lend-lizlə Ukrayna güclü maşına çevrilib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar