Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçilib

525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri seçilib.  Şuranın VIII qurultayında onun namizədliyi irəli sürülüb.

Səsvermə nəticələrinə əsasən, R.Məcid MŞ sədri postunu tutacaq.

Yeni sədr çıxışında bildirib ki, hər birinizə təşəkkür edirik: "Bundan sonra fəaliyyətimiz daha dinamik olacaq. Mümkün qədər ölkədə medianın saflaşdırılması yönündə əlimizdən gələni edəcəyik. Biz potensialımızdan artıq işlər görməyə çalışacağıq. Bizim bir-birimizə qarşı olan kin-küdurətimiz cəmiyyətdə bizə münasibəti də bəzən dəyişir. Daim bir olaq".

Qeyd edək ki, indiyədək bu vəzifəni Əflatun Amaşov tuturdu. Ə.Amaşov 2003-cü ildən MŞ sədri idi.

635x100

Şərhlər

dadaşyev 2022-09-25 14:04:11

Müasir Azərbaycan yazı-pozu aləminin zirvəsinə yol şıdırğı yeyib-içmək məclislərindən keçir.Çünki səs verənlər yazıq,zavallı,qəpiyi qəpik üstünə qoyub birtəhər ölüm-zülüm yaşayan yazıçılardır.Ara-sıra yemək-içmək məclisinə aparıb qarnını yaxşıca doyursan duaçın olacaq.İşıqlıdı lampaları kolxozun,Şüşədəndi aynabəndi kolxozun.

Senan 2022-09-25 07:24:02

Təbrik,ancaq siz də bu şuraya gələn amaşovların nə əvvəli nə də axırı olacaqsınız.

Son yazılar