Futzal üzrə Azərbaycan millisinin Polşa və Yunanıstan yığmasına qarşı dünya çempionatının seçmə oyunları üçün heyəti bəlli olub. "Report"un məlumatına görə, baş məşqçi Joze Alesio Da Silva 15 oyunçuya dəvət göndərib.
Braziliyanın “Marreko” klubunun üzvü Amadeu oktyabrın 4-də, Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Amir Shojaei və Hadi Ahmadi isə oktyabrın 5-də komandaya qoşulacaq.
AD VƏ SOYAD
KLUB
1 .Rövşən Hüseynli
Araz-Naxçıvan
2 .Emin Kürdov
Neftçi İK
3. Cavad Məmmədov
Araz-Naxçıvan
4. Cohnatas Felipe “Felipinyo”
Araz-Naxçıvan
5. Xəzər Ağalızadə
Araz-Naxçıvan
6. Amir Shojaei
Bayterek (Qazaxıstan)
7. Hadi Ahmadi
Bayterek (Qazaxıstan)
8. Amadeu
Marreko (Braziliya)
9. Rafael Vilela
Kayrat (Qazaxıstan)
10. Everton Cardoso
Bintang Timur (İndoneziya)
11. Oktay Rüstəmli
Araz-Naxçıvan
12. FineoDe Araujo
Sportinq Paris (Fransa)
13. Tyaqo Bolinha
Sportinq Paris (Fransa)
14. Fərid Ələkbərov
Araz-Naxçıvan
15. Poletto Fabio Joze
klubsuz.
Qeyd edək ki, oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan yığması 4 gün sonra Yunanıstanın qonağı olacaq.


Şərhlər