Menu

Bolqarıstanda sağ mərkəzçilər seçkilərdə qalib gəldi

03.10.2022, 12:02
Bolqarıstanda sağ mərkəzçilər seçkilərdə qalib gəldi

Bolqarıstanda vaxtından əvvəl parlament seçkisinin ilkin nəticələri keçmiş baş nazir Boyko Borisovun sağ mərkəzçi Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda (GERB) partiyasının daha çox səs yığdığını göstərir. Bu, Avropa İttifaqının ən yoxsul üzvündə son 18 ayda dördüncü seçkidir.

Oktyabrın 3-də bülletenlərin 99 faizi sayılandan sonra GERB-in səslərin 25.4 faizini yığdığı açıqlanıb. Keçmiş Baş nazir Kiril Petkovun mərkəzçi Dəyişiklik uğrunda Davam Edirik partiyası 20.2 faizlə ikinci olub. Bu partiya korrupsiyaya qarşı mübarizə apardığını bildirir.

Yekun nəticələr oktyabrın 5-nə gözlənir.

2 oktyabr seçkilərinə seçicilərin 30 faizə yaxını gedib. Petkov və PP partiyasının həmsədri, keçmiş maliyyə naziri Assen Vasilyev uduzduqlarını etiraf edərək GERB-lə koalisiyaya getməyəcəklərini bildiriblər

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol