Menu

Ermənilər yaralı Azərbaycan hərbçilərini gülləbaran ediblər - VİDEO (16+)

05.10.2022, 00:26
Ermənilər yaralı Azərbaycan hərbçilərini gülləbaran ediblər - VİDEO (16+)

Ermənistan ordusunun hərbi cinayətlər törətməsinə dair təkzibolunmaz sübutlar əldə olunub. Müvafiq görüntülər “Cailber”in “Telegram” kanalında yayımlanıb.

Videoda Ermənistan hərbçilərinin yaralı Azərbaycan əsgərlərini nizamsız atəşə tutması əks olunub. Hərbi geyimli erməni cinayətkarlar bütün beynəlxalq konvensiyalara və hüquq normalarına zidd olaraq, Azərbaycan hərbçilərini sözün əsl mənasında, gülləbaran edirlər.

Görüntülərin dəqiq tarixi bilinməsə də, hərbi cinayətlər köhnəlmir və unudulmur.

Maraqlıdır, görəsən Azərbaycanı birtərəfli və tamamilə əsassız olaraq “müharibə cinayətləri törətməkdə” ittiham edən xarici diplomat və siyasətçilərin bu görüntülərə cavabı necə olacaq?

Şərhlər

Elmira 2022-10-05 13:53:22

Deməli, əgər bizimkilər də həmin şey ediblər, onda haqları var! Nə qədər ermənilər azərbaycanlılara işgəncə veriblər! Baxmadılar, uşağgır, zənəndir, ya kimdir! Nə qədər yaralıları güllələyiblər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol