Menu

Minlərlə rus əsgəri Ukrayna “qaynar xətt”inə zəng edib - “Mən yaşamaq istəyirəm”

05.10.2022, 13:56
Minlərlə rus əsgəri Ukrayna “qaynar xətt”inə zəng edib - “Mən yaşamaq istəyirəm”

“Bir neçə həftə ərzində 2000-ə yaxın rus hərbçisi təslim olmaq üçün “Mən Yaşamaq İstəyirəm” “qaynar xətt”inə zəng edib”.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andrey Yusov bildirib.

Yusov bildirib ki, Putinin uğursuz işğalını dəstəkləmək üçün 300 min çağırışçının Ukraynadakı cəbhə bölgələrinə göndərilməsi əmrindən sonra “qaynar xətt”ə edilən zənglərin sayı artmağa başlayıb: “Son vaxtlar biz təkcə işğalçı qüvvələrin tərkibində Ukrayna ərazisində olan hərbçilərdən deyil, həm də səfərbərliklə orduya çağırılanlardan zənglər almağa başlamışıq. Yenicə səfərbər olanlar, hələ də Rusiya ərazisində qalanlar, onların qohumları, hətta səfərbər oluna biləcəyindən şübhələnən şəxslər belə bizə zəng vurmağa başlayıblar”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol