"Azərbaycanda 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır" - Milli Observatoriya

“20-25 yaş arasında hər 25 nəfərdən biri iş tapa bilir”.

APA xəbər verir ki, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib.

O bildirib ki, Azərbaycanda ortalama maaş 713 manatdır:

“Qonşularımızla müqayisə aparsaq görərik ki, bu, normal bir rəqəmdir. Maaş demoqrafik olaraq qeyri-bərabərdir, qadınlar və kişilər arasında fərqlidir. Kişilərin ortalama əməkhaqqı daha çoxdur. Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi ortalama yaş 33-dür. 45 yaşdan yuxarı şəxslərin iş tapmaq imkanı azalır”.

Sədr müavini qeyd edib ki, iş elanlarının 20 %-də yaş kateqoriyası göstərilməyib:

“Lakin xanımlarda tələb olunan ortalama yaş 30-dur. Kişilərdə isə 35-dir. Əmək bazarına yeni daxil olan 20-25 yaş arası şəxslərin iş tapma ehtimalı 4.6%-dir. Yəni hər 25 nəfərdən biri iş tapa bilər”- o bildirib.

635x100

Şərhlər

Əliəddin 2022-10-07 21:57:43

İş tapmaq üçün nə intellektual göstərici, nə peşə yetənəyi, nə də heç bir digər vacib göstəricilər tələb olunmur. Nə tələb olunduğu təkcə Əlahəzrət rəhbər şəxsə məlumdur. Bunu isə Azərbaycanda hər kəs bilir.

Cahangir 2022-10-07 17:22:48

Bu məlumat ölkədə iqtisadiyyatın viran edildiyini,xalqın səfalətə sürüklənməsinin yuxarıdan təşkil olunduğuna işarədir.İş yerləri bilərəkdən,qəsdən dağıdıldı,əvəzinə isə aclıq,əfalət gətirildi.Bi isə yanlış iqtisadi siyasətin,,səriştəizliyin və ya millətə qəsdin nəticəsidir.Ölkə yalnız importdan asılı hala gətirildi.

Son yazılar