Xəzər dənizində iki Rusiya gəmisi toqquşub - Ölən var

Xəzər dənizində Həştərxan yaxınlığında iki kiçik Rusiya gəmisi toqquşub. Nəticədə bir nəfər ölüb, həmçinin xəsarət alanlar var.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat verib.

“Oktyabrın 7-də saat 17:20-də Baş idarənin operativ növbətçiliyinə İkryaninski rayonunda iki kiçikhəcmli gəminin toqquşması barədə məlumat daxil olub. Toqquşma nəticəsində xəsarət alanlar var”, - məlumatda qeyd edilib.

Nazirlikdən verilən dəqiqləşdirilmiş məlumata görə, bir nəfər ölüb.

“Şturmanlardan biri olan 2000-ci il təvəllüdlü kişini xilas etmək mümkün olmayıb, təcili yardım gələnə qədər həyatını itirib. İkinci gəminin şturmanı xəsarət almayıb”, - deyə nazirlikdən bildirilib. (Mənbə: TASS)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar