Menu

Azərbaycanda “TikTok”a giriş bərpa edilib? - RƏSMİ REAKSİYA (Yenilənib)

11.10.2022, 17:09
Azərbaycanda “TikTok”a giriş bərpa edilib? - RƏSMİ REAKSİYA (Yenilənib)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “TikTok” sosial şəbəkəsinə girişin bərpa olunması xəbərinə münasibət bildirib.

Qurumdan Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılıb: “Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaqlar”.

***

Azərbaycanda “TikTok” sosial şəbəkəsinə giriş bərpa edilib.

Artıq bu gün gündüz saatlarından ölkə ərazisində “TikTok” giriş mümkün olub.

Qeyd edək ki, sentyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidməti şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlamamaq məqsədi ilə bağlı “TikTok”un fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alıb.

Şərhlər

t.ədalət 2022-10-11 19:14:41

2tik-trok" fahişəliyin bir növüdür.Əsasən savadsız və avara adamlar meyl göstərir.Ölkəyə tərbiyəsizlik gətirir.Onun qarşısı alınmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol