Menu

“Meta” Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edildi

11.10.2022, 23:39
“Meta” Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edildi

“Rosfinmonitorinq” “Meta” korporasiyasını terrorçu və ekstremistlər siyahısına daxil edib. Şirkət “Meta Platforms Inc” kimi siyahıya alınıb.

Qeyd edək ki, hələ mart ayında Moskvanın Taqanski Rayon Məhkəməsi “Meta”nı ekstremist təşkilat kimi tanıyıb və onun Rusiya ərazisində fəaliyyətini qadağan edib. Ölkədə şirkətə məxsus “Facebook” və “Instagram” sosial şəbəkələri də qadağan olunub. (Mənbə: lenta.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol