Bu gün Azərbaycanın Bütövlük Platformasının təsis toplantısı keçirilib. Toplantını giriş sözü ilə açan təşəbbüs qrupunun sədri Bəhram İsmayılov təşkilatın məram və məqsədlərindən danışıb.
Bildirib ki, Azərbaycan Respublikasının güclənməsi, Güney Azərbaycanda aparılan istiqlal mücadiləsinə dəstək, Türk Dövlətlərinin inteqrasiyasının sürətlənməsi üçün insanlarımızın ideoloji mübarizəsini, təşkilatlanmasının vacibliyini əsas hesab edərək Azərbaycanın Bütövlük Platformasını təsis etmək qərarı alınıb.
Toplantıda Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn, Milli Şair Rüstəm Behrudi, Ümid Partiyasının sədr müavini Taleh Əliyev, VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, BAXCP sədr müavini Əli Həziquliyev, hərəkatçı Elçin Paşayev və başqaları çıxış edərək ABP-nin yaranma zərurəti, fəaliyyəti və ideyası haqqında danışıblar.
Çıxışlarda bildirilib ki, Azərbaycanın Bütövlük Platforması Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkatdır. ABP – nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır. (cumhuriyyet.net)


Şərhlər
Allah Qüvvət Versin! Eşq olsun Pənah bəy Sizə və bu birliyin tərəfdarlarına.
ALLAH XEYİR VERSİN.
Azərbaycan Xalq partiyasının Sədri Pənah Hüseynovdan xahiş edirəm ki, öncə zamanında konstitusiyanı cinayətkarca pozmuş vətəndaş-qonşu Xalq partiyası sədrinin həmin partiyanın sədrliyi və Avropa Xalq partiyasından kənarlaşdırılmasını təklif etsin?