Menu

Simonyanın Ermənistana girişi qadağan edilib

26.10.2022, 00:57
Simonyanın Ermənistana girişi qadağan edilib

Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyanın Ermənistana girişi yasaqlanıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Simonyan öz telegram kanalında yazıb. Rusiya Dövlət Dumasının ermənipərəst deputatının Ermənistanda arzuolunmaz şəxs elan olunmasını şərh edən Simonyan bildirib ki, onun da Ermənistana girişi yasaqlanıb.

"Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi Ermənistanın hazırkı rəisi tərəfindən qadağan edilib..Yeri gəlmişkən, mənə də",- deyə Simonyan yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol