Menu

Azərbaycan Avropaya elektrik enerjisi satacaq - Yaxın zamanlarda 4 ölkə arasında müqavilə imzalanacaq

29.10.2022, 12:36
Azərbaycan Avropaya elektrik enerjisi satacaq - Yaxın zamanlarda 4 ölkə arasında müqavilə imzalanacaq

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa İttifaqına (Aİ) elektrik enerjisinin tədarükü ilə bağlı müqavilə imzlayacazqları gözlənilir.

"AzPolitika.info" xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb. Məlumatda qeyd olunduğuna görə, bunu Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili “İmedi” telekanalına müsahibəsində deyib.

“Yaxın vaxtlarda Gürcüstan, Rumıniya, Macarıstan və Azərbaycan arasında razılıq əldə olunacaq ki, bütün dörd ölkə eyni vaxtda bu layihəni həyata keçirə bilsin, çünki bu, bir neçə milyardlıq sərmayədir və eyni zamanda, bu Gürcüstanın birbaşa AB enerji strukturlarına qoşulmağa imkan verəcək" - deyə, Davitaşvili vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Gürcüstana işgüzar səfəri zamanı bildirib ki, Bakı Gürcüstan vasitəsilə beynəlxalq bazarlara 157 QVt elektrik enerjisi tədarük etmək niyyətindədir.

Bir həftə əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov Tbilisiyə səfər edib. Davitaşvili ilə görüşdə o, Gürcüstan və Azərbaycanın Rumıniya və Macarıstanın iştirakı ilə həyata keçirməyə ümid etdikləri layihəni Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi imkanlarını müzakirə edib.

Bir gün əvvəl Macarıstanın baş naziri Viktor Orban gürcü həmkarı İrakli Qaribaşvili ilə Budapeştdə apardığı danışıqlardan sonra bildirib ki, Macarıstanın Gürcüstan vasitəsilə Azərbaycandan elektrik enerjisi almağa ehtiyajı var.

"AzPolitika.info"

Şərhlər

ƏNHUya mühəndis 2022-10-30 13:03:01

Güman ki, ixrac ehtirası real və təbii sərvətin ehtiyat dəyərlərini nəzərə almır? Qaz ixracı iki il öncə azad edilmiş bütün viranə rayonlar üzrə geniş bərpa işlərini ödəyirmi? Sualınızın geniş mülahizəsi lazımdır!

ƏNHU 2022-10-29 18:09:40

Bunlar hələ dünyanın düz vaxtından qazı abonentlərə qıram-qıram tərəzi ilə çəkib satırlar ki, bizdən kəsib xaricilərə daha baha qiymətə satsınlar.. İşığımızı da əliumizdən alıb xariciə satıb bizi nöyüt lampasının ümidində qoymasalar yaxzşıdır. Gedişan bunu göstəırir. Nə dieyim VALLAH.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol