Menu

"AMEA Avropanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının üzvü deyil" - İsa Həbibbəyli

01.11.2022, 14:38
"AMEA Avropanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının üzvü deyil" - İsa Həbibbəyli

“Son illərdə Akademiyanın beynəlxalq əlaqələri genişlənib, amma etiraf etmək lazımdır ki, bu gün cənab Prezident İlham Əliyevin açdığı magistral istiqamətlərə tam cavab vermir”.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, AMEA bu gün Avropa və Avrasiyanın heç bir nüfuzlu beynəlxalq elmi təşkilatının, assosiasiyasının üzvü deyil:

“Asiya Elmlər Akademiyasının üzvü olsaq da, heç bir layihələrində, qrant proqramlarında iştirak etmirik. Beynəlxalq elmi təşkilatlarla əlaqələrimizin genişlənməsi istiqamətində yeni imkanlar açmalıyıq”.

Şərhlər

Veteran 2022-11-03 16:01:14

Neçəki sənin kimilər var heç nə olsı deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol