“Yazıçıların qurultayına maliyyəni Prezident Administrasiyası ayırıb, biz də onun qəpiyinə qədər hesabatını verəcəyik”.
Bu sözləri xalq yazıçısı, AYB sədri Anar “teleqraf.com” müsahibəsində ali yığıncaqa ayrılmış pulla bağlı KİV-də yaranmış qalmaqalı şərh edərkən deyib.
Xatırladaq ki, jurnalistin qurultayın keçirilməsi üçün ayrılan 203 min manat vəsaitin hara xərclənməsi haqda sualına Çingiz Abdullayev “Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən” deyə cavab vermişdi. Bu böyük rezonas verdi.
Anar Çingiz Abdullayevin bu cavabından təəssüflənib: “Nahaq elə deyib, gərək elə deməyərdi. Mənim haqqımda da yazırlar ki, “Anar nə vaxt öləcək?” Onlara nə deyim? Deyim ki, yaxşı edirsiniz? Gərək jurnalistin də mərifəti, tərbiyəsi olsun. Jurnalist olanda nə olar!? Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə də jurnalist olub. Jurnalistikamızın böyük ənənələri var. Nəcəf Nəcəfov kimi namuslu jurnalistimizi yada salaq”.
Anar daha qurultaya xərclənmiş məbləğin istiqamətləri barədə ümumi məlumat verib: “Ölkəmizə xarici qonaqlar gəldi, beş-altı ölkədən gələn qonaqların biletlərinin, otel xərclərini hesablayın. Rayonlarımızdan gələn yazıçıların yol pulları verildi. Sual verən deyir ki, xərclənən pulun nəticəsi zalda görünmür. Zalda necə görünə bilər? Zalda qəlyanaltı, qəhvə və çay təqdim edildi. Şampan, şərab da qoyardıq, qara kürü də verərdik?... O zaman görünəcəkdi ki, pulu hara xərcləmişik?! Ona görə məntiqsiz suallar adamı çilədən çıxarır, əsəbləşdirir. Əsəbləşəndə də Çingiz kimi bir az köntöy cavab verirsən”.
“Yazıçılar Birliyinin maliyyə məsələləri ilə Çingiz Abdullayev məşğul olur. Çingizlə 34 ildir işləyirik, ona inanıram, bir qəpiyə də söz ola bilməz. Çingizin nə ehtiyacı var?! O, hamıdan da dövlətli yazıçıdır. Suala baxın, deyir ki, 203 min hara xərclənib? Qurultaya maliyyəni Prezident Administrasiyası ayırıb, biz də onun qəpiyinə qədər hesabatını verəcəyik“ - deyə AYB sədri bildirib.


Şərhlər
Ay "ziyalı" heç olmasa danışma.Danışdıqca batırırsan.Naftalin iyi verənlər.Onsuzda sizin kimləri adam yerinə ancaq o zaldakılar qoya bilər. o da nəyinsə.ZADINSA-ŞEYİNSƏ xatirinə.Hazırlaşın sizin kimilərə müasir ,bütov AZƏRBAYCANDA yer olmayacaq.
Anar bəy,əvvəla 203 min yox.büdcədən 450 000 manat ayrılıb,əlavə olaraq mədəniyyət nazirliyindən 203 700 anat qoparmısınız.Bu toplam edir 653 700 manat.Bunun hesabatı verilməlidir.Bir də ki,daldan atılan daş hara dəyir?İkinci tərəfdən .....Nə yapışmısan AYB-dən.?Çıx get də!