Menu

Volodimir Zelenski Ərdoğana təşəkkür edib

02.11.2022, 22:19
Volodimir Zelenski Ərdoğana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri tviterdə yazıb.

“Türkiyə Prezidenti Ərdoğana taxıl sazişinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə təşəkkür etdim. Biz Ukrayna əsirlərinin və siyasi məhbusların qaytarılması ilə bağlı gələcək addımları müzakirə etdik. Həmçinin Türkiyənin dəstəyinə ümid edirəm”, - dövlət başçısı qeyd edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol