Menu

İmran Xan Lahora köçürülüb, vəziyyəti sabitdir

04.11.2022, 16:15
İmran Xan Lahora köçürülüb, vəziyyəti sabitdir

“İmran Xan budundan güllə yarası alıb, ayağında qranullar var, sümüyü qırılıb, müalicə almaq üçün Lahora köçürülüb, vəziyyəti sabitdir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Pakistan Təhrik-i İnsaf Partiyasının (PTI) baş katibi Əsəd Umar deyib. Bildirib ki, keçmiş Baş nazir, PTI-nin sədri İmran Xana dünən edilən sui-qəsddən sonra o Lahora yola salınıb. Müalicəsini orada davam etdirəcək.

Ə.Umar əlavə edib ki, PTI liderləri, o cümlədən, senator Faysal Caved, keçmiş Sind qubernatoru İmran İsmayıl, Əhməd Çatta və Ömər Dar da hadisə nəticəsində yaralanıb.

Hadisə Pəncabda baş verdiyi üçün əyalətin baş naziri Pərviz Elahi əyalət Baş Polis Müfəttişliyinə hərtərəfli araşdırmadan sonra hesabat təqdim etməyi tapşırıb.

Baş nazir Şahbaz Şərif olayı pisləyərək “bu hadisənin arxasında duranlar tezliklə məsuliyyətə cəlb olunacaq və yaralılara ən yaxşı tibbi yardım göstəriləcək” deyib.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol