Rusiya Prezidenti Vladimir Putin ağır cinayət törətmiş şəxslərin səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılmasına icazə verən fərman imzalayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiyanın “Ria Novosti” Agentliyi məlumat yayıb. “RİA”-nın xəbərinə görə, fərman uşaqlara qarşı cinsi zorakılıq, dövlətə xəyanət, casusluq və terrorizm cinayətləri törətməkdə təqsirli bilinənləri əhatə etmir.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi sentyabrın 21-də qəbul edilən qismən səfərbərlik qərarı çərçivəsində ümumilikdə 318 min nəfərin orduya cəlb edildiyi bildirilir.
“AzPolitika.info”


Şərhlər
Mərhum prezident Elçibəy də məhkumları cəbhəyə göndərmişdi.Nəticəsi də hamıya bəlli.