Menu

Rusiya və Ermənistan müdafiə nazirlərinin müavinləri görüşüb

04.11.2022, 16:51
Rusiya və Ermənistan müdafiə nazirlərinin müavinləri görüşüb

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanla rusiyalı həmkarı Aleksandr Fomin arasında görüş olub.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər hərbi və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

Görüş Rusiyada keçirilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol