Menu

Fazil Məmmədovun cənazəsi Azərbaycana gətirilib

04.11.2022, 18:22
Fazil Məmmədovun cənazəsi Azərbaycana gətirilib

Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

Bu barədə "Report"a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.

F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Şərhlər

Сахиб 2022-11-05 00:43:33

Allah rehmet elemesin InwAllah

dadaşyev 2022-11-04 22:42:56

Allah mənim anama,atama,yaxın əzizlərimə və özümə rəhmət eləsin.

t.ədalət 2022-11-04 18:24:40

Azərbaycanı taladı getdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol