Menu

“Məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik” - Nazir

05.11.2022, 10:46
“Məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik” - Nazir

"Təhsil sistemi ilə bağlı məişət xarakterli müzakirələrdən dərin təhsil siyasəti mövzularına keçməliyik".

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda çıxış edərkən deyib.

O vurğulayıb ki, müqayisə edilə bilən və dinamikanı göstərə bilən indikatorlara fokuslanmaq lazımdır. Nazirin sözlərinə görə, təhsildə elmilik olmalıdır, amma onun da öz meyarı var.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində təhsilin ayrıca bölmə kimi yer alması, ilk dəfə konkret hədəflərin müəyyən olunması təhsil işçiləri qarşısında konkret məqsədlər qoyur. Azərbaycan təhsili 1 milyon 500 min nəfərdən artıq şagirdi, 150 minədək məktəbəqədər təhsil alan uşağı, 200 mindən çox tələbəni, eyni zamanda 170 minə qədər ümumtəhsil müəssisələrində işləyən təhsil işçilərini və milyonlarla valideyni özündə birləşdirir", - nazir bildirib.

Şərhlər

Tahir 2022-11-05 14:03:09

Bu ağılla, bu gedişlə, bu direktorlarını? Bədbaxtın oglu, sənin təhsildən xəbərin varmı? Sən gələndən eksperiment aparırsan hamısı da uğursuz. Hələ nə qədər aparacaqsan bir Allah bilir. Haran ağrıyır ki? Babanın pulu deyil ki heyfim gəlsin. Dövlətin pulu, yazıq millətin balalarıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol