Menu

Moskvada “Şuşa, sən azadsan!” filminin nümayişi keçiriləcək

07.11.2022, 22:05
Moskvada “Şuşa, sən azadsan!” filminin nümayişi keçiriləcək

Noyabrın 9-da Moskvada “Şuşa, sən azadsan!” filminin nümayişi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” Sərgi-Kompleksində (XTNS) “Azərbaycan” pavilyonunda Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş özəl film nümayişi keçiriləcək.

Real hadisələr əsasında çəkilən film Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə işidir. Filmin baş prodüsseri Arzu Əliyevadır.

Filmdə müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı təfərrüatları, əməliyyat iştirakçıları ilə müsahibələr, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə çəkilmiş eksklüziv kadrlar öz əksini tapıb.

Tamaşa Azərbaycan dilində keçiriləcək.

Şərhlər

Allah bəndəsi 2022-11-08 11:52:18

putinin valdaylamasından sonra bu aksiyaların nə əhəmiyyəti var ki?

t.ədalət 2022-11-08 10:07:12

Biz,bu filmi Ankarada,İslamabadda və digər dost ölkələrdə nümayiş etdirməliyik.Düşmən və ərazilərimizin əsil işğalçısı Rusiyanın paytaxtında filmi nümayiş etdirmək bizə yaraşmaz.

t.ədalət 2022-11-07 22:57:20

Bu,çox pis bir addım olar.Düşmənin paytaxtına nə qədər çox gedib-gəlsək,o qədər şəhid verəcəyik.Uşaq və dinc əhali qənimi olan Putinə lənət olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol