Rusiyanın mart ayının əvvəllərindən bəri işğalda saxladığı Xerson şəhərindən çıxmaq barədə qərarı Ukrayna rəhbərliyi tərəfindən birmənalı qarşılanmır. Belə ki, Kiyevdə bu xəbərə ehtiyatla və şübhə ilə yanaşırlar.
Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak deyib ki, Rusiyanın məqsədi Xersonu xarabalığa döndərməkdir: “Rusiya Federasiyası Xersonu “ölüm şəhəri”nə çevirmək istəyir. Rusiya hərbçiləri mümkün olan hər şeyi minalayırlar: mənzilləri, kanalizasiyaları. Sol sahildəki artilleriya şəhəri xarabalığa çevirməyi planlaşdırır. “Rus dünyası” bu cürdür: gəldilər, taladılar, bayram etdilər, “şahidləri” öldürdülər, xarabalıqlar qoyub getdilər”.
Xatırladaq ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu dünən Ukraynadakı hərbi qruplaşmanın rəhbəri general Sergey Surovikinə qoşunları Xerson şəhəri də daxil olmaqla, Dneprin sağ sahilindən çəkmək barədə göstəriş verib. Bu prosesin bir neçə həftə davam edəcəyi istisna olunmur .
“AzPolitika.info”


Şərhlər
ermənicə, alçaqcasına, xainlik...
Əsil İblis elə Rusiyadır! İran da İblisdir! Bir birini yaxşı tapıblar. Lənət ikisinə də!