Menu

Şimali Kipr TDT-yə müşahidəçi statuslu üzv qəbul olunub

11.11.2022, 09:58
Şimali Kipr TDT-yə müşahidəçi statuslu üzv qəbul olunub

Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

“Bununla kirpli qardaşlarımızın yalnız olmadığını göstərək həll prosesinə töhfə veririk. Sizə ayrı-ayrılıqda xüsusi təşəkkür edirəm”, - dövlət başçısı vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol