"Məqsədli antiazərbaycan siyasətini, separatizmi qoruyan və etnik nifrətin qızışdırılmasını nəzərə alaraq, Rusiyanın “Dojd” televiziyasının Azərbaycan ərazisində yayımının qadağan edilməsini məqsədəuyğun hesab edirəm".
"AzPolitika.info" xəbər verir ki, bunu ABŞ-da yaşayan tanınmış azərbaycanlı politoloq Ramiz Yunus "Feysbuk" səhifəsində yazıb.
"21-ci əsrdə ölkəniz faşist Almaniyasının davamçısına çevrilərək Ukraynaya təcavüz edib, şəhər və kəndləri, infrastrukturu dağıdıb, on minlərlə dinc sakini qətlə yetirib, dünyanı nüvə silahı ilə təhdid edir. Bunu düşünmək əvəzinə “Dojd” televiziyası Qarabağda separatizmin canlanmasına, Azərbaycanla Ermənistan arasında müharibənin davam etdirilməsinə yönəlmiş təbliğatı ilə Kremlin imperiya ənənələrini davam etdirərək yad ölkəyə burnunu soxmaqdadır",- politoloq vurğulayıb.
R.Yunus daha sonra kanalın aparıcısı Tixon Dzyadko və Katerina Kotrikadzeyə müraciət edərək onlara, "mən sizdən utanıram və ona görə də sizi dostlarım siyahısından çıxarıram, çünki Azərbaycanın və Türkiyənin düşmənləri mənim düşmənlərimdir. Mənə belə dostlar lazım deyil", - mesajını ünvanlayıb.
"AzPolitika.info"


Şərhlər
Çox sağ olun Ramiz müəllim, Vətəndaş mövqeyinizə görə, Vətəni sevdiyinizə görə və ümumiyyətlə mən Sizin bir müddətdir ki, şərhlərinizə, diskussiyalarınıza və s. fikir verirəm və əsasən mövqeyinizi bəyənirəm...
Çox sağ olun Ramiz müəllim, Vətəndaş mövqeyinizə görə, Vətəni sevdiyinizə görə və ümumiyyətlə mən Sizin bir müddətdir ki, şərhlərinizə, diskussiyalarınıza və s. fikir verirəm və əsasən mövqeyinizi bəyənirəm...