Menu

ABŞ dövlət katibi Çinə səfər edəcək

14.11.2022, 17:58
ABŞ dövlət katibi Çinə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken Çinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpinin görüşünə dair yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, ABŞ və Çin liderləri dövlət katibi Blinkenin onların müzakirələrini davam etdirmək üçün Çinə səfər etməsi barədə razılığa gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol