“Noyabrın 15-də Ukraynadakı hədəflərə 90-dan çox qanadlı raket buraxılıb ki, onların əsas hədəfi infrastruktur obyektləri olub. Ukrayna Silahlı Qüvvələri 74 raketin 5 ədəd müasir hava hücumundan müdafiə vasitələri ilə məhv edildiyini bildirir. Hesab edirəm ki, bu informasiya doğrudur. Hazırda ölkənin enerji infrastrukturuna dəyən ziyanın nəticələri aradan qaldırılır”.
“AzPolitika.info” xəbər verir ki, bunları hərbi analitik Aqil Rüstəmzadə deyib.
Ekspert hesab edir ki, Rusiya Federasiyası ümid etdiyi infrastruktur müharibəsini də uduzur. Onun sözlərinə görə, bundan sonra çətin ki, onlar Ukraynanı çoxlu sayda raketlərlə bombalaya bilsinlər: “Dünən biz Rusiyanın bacardığı maksimumu gördük. Vəziyyəti ancaq xaricdən yeni raketlərin alınması ilə qismən dəyişmək olar. Hazırda nəzəri baxımdan İrandan ballistik raketlərin böyük partiyasını almaq imkanı var, amma reallıqda bu transfer də problemlidir”.
“AzPolitika.info”


Şərhlər