Menu

Vərəm Dispanserində xəstələr üçün tədbir keçirildi - FOTO

17.11.2022, 13:09
Vərəm Dispanserində xəstələr üçün tədbir keçirildi - FOTO

14 və 16 noyabr tarixlərində “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Cəmiyyətin həssas qrupu olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək” layihəsi çərçivəsində 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə tədbirlər keçirib.

Bakupost.az xəbər verir ki, tədbirlər ABŞ və Avropa ölkələrinin uğurlu təcrübəsindən örnək götürülərək Azərbaycanda bir ilk olan həssas qrup nümayəndələri üçün danışıq klubu formatında təşkil edilib.

Tədbirlər əvvəllər vərəm xəstəsi olub sağalmış, bu ağır xəstəlik nəticəsində ailə üzvlərini itirmiş Kənan Bayramovun moderatorluğu ilə başlayıb. O, layihənin məqsədinə uyğun olaraq xəstələrlə motivasiya yönümlü çıxış edərək, öz uğurlu müalicə hekayəsini bölüşüb, onlarda müalicənin müsbət nəticələnə biləcəyinə, xəstəlikdən tamamilə qurtula biləcəklərinə inam yaradıb. Tədbirlərin sonunda vərəmdən müalicə alan xəstələrə təmizlik vasitələrindən ibarət sosial paketlər paylanılıb.

Qeyd edək ki, eyni tədbirlər İctimai Birlik tərəfindən oktyabr ayında 9 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasında vərəmdən müalicə alan xəstələr üçün də təşkil edilib. Ümumilikdə, layihə çərçivəsində vərəm xəstələrinin psixoloji və sosial reabilitasiyasına yönəlmiş bu tədbirlərdən 60 nəfər vərəm xəstəsi yararlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol