Menu

"Türkiyənin terrorçulara qarşı mübarizəsi dünyanın təhlükəsizliyi üçündür" - Fuat Oktay

18.11.2022, 18:07
"Türkiyənin terrorçulara qarşı mübarizəsi dünyanın təhlükəsizliyi üçündür" - Fuat Oktay

"Türkiyənin regionda terrorçulara qarşı apardığı mübarizə bütün dünyanın təhlükəsizliyi üçündür".

"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, Türkiyə bu mübarizədə tək qalarsa və ya dünya gücləri terrorçuları dəstəkləyərsə, o zaman hər kəs ağır nəticə ilə üzləşəcək.

Vitse-prezident həmçinin Türkiyənin terrorla mübarizə sahəsində təcrübəsini bütün dost ölkələrlə bölüşməyə hazır olduğunu vurğulayıb.

O bildirib ki, hazırda terrorçulara qarşı mübarizə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol