Menu

Rusiya genişmiqyaslı hücuma hazırlaşır- Belarusdan gizli şəkildə müdafiə raketləri gətirilir

19.11.2022, 16:49
Rusiya genişmiqyaslı hücuma hazırlaşır- Belarusdan gizli şəkildə müdafiə raketləri gətirilir

Rusiyanın müttəfiqi Belarusdan gizli şəkildə 100-ə yaxın hava hücumundan müdafiə raketi gətirdiyi bildirilir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “The Mirror” nəşri məlumat yayıb.

KİV iddia edir ki, bütün bunlar Rusiyanın yaxın vaxtlarda Ukraynada genişmiqyaslı hücuma keçəcəyini göstərir.

Analitiklər hesab edirlər ki, Rusiya S-300 və S-400 raketlərini gətirərək, genişmiqyaslı hücum zamanı Ukraynanın cavab zərbələrindən qorunmağı planlaşdırır.

“The Mirror” xəbər verir ki, noyabrın 9-dan 13-dək Belarusdan Rusiyanın qərbinə və cənubuna doğru təxminən 20-yə yaxın İL-76 hərbi təyyarəsinin uçuşu qeydə alınıb.

Qeyd olunur ki, bu təyyarələrin hər birinə ən azı 70 raket paleti yerləşdirmək mümkündür. Silahların Luqanskdakı Millerovo aerodromlarına və Donetskdəki Rostov-na-Donu aerodromuna yerləşdirildiyi bildirlir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol