“Yaxın vaxtlarda Ermənistan və Azərbaycan liderlərinin Rusiyada görüşü planlaşdırılmır”.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə deyib. O yaxın zamanlarda belə bir görüşün olmayacağını əlavə edib.
Peskov qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə normallaşması, o cümlədən sülh müqaviləsinin hazırlanması üzərində işi daim davam etdirir.
Peskov Rusiyanın tərəflərə öz platformasını təklif etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Rusiya nəinki hazırdır, Rusiya daim vəziyyətin normallaşması və sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlarda iki dövlətə kömək etmək üçün işini davam etdirir”.
“AzPolitika.info”


Şərhlər