Menu

Narışkin MKİ direktoru ilə nəyi müzakirə edib? – SVR rəhbəri ilk dəfə açıqladı...

30.11.2022, 20:13
Narışkin MKİ direktoru ilə nəyi müzakirə edib? – SVR rəhbəri ilk dəfə açıqladı...

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin “RİA Novosti” agnetliyinə müsahibəsində ABŞ Mərkəzi Kəşfiyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə nüvə təhlükəsizliyi və Ukrayna məsələlərini müzakirə etmək üçün görüşdüyünü təsdiqləyib.

“Mən öz növbəmdə xanım Rudun ifadəsini təsdiq edirəm. Əlavə olaraq qeyd edə bilərəm ki, bu görüşdə ən çox işlədilən sözlər “strateji sabitlik”, “nüvə təhlükəsizliyi”, “Ukrayna” olub”, – Narışkin bildirib.

Bundan əvvəl ABŞ-ın Moskvadakı müvəqqəti işlər vəkili Elizabet Rud rus mediasına müsahibəsində bildirmişdi ki, Rusiya və ABŞ xüsusi xidmət orqanları səviyyəsində nüvə risklərinin idarə edilməsi mövzusunun müzakirəsi üçün rabitə kanalına malikdirlər. Rude lazım gələrsə, MKİ direktoru Börns və SVR rəhbəri Narışkin yenidən danışa biləcəyini vurğulayıb.

Bu arada, xanım Rud daha əvvəl də vurğulayıb ki, Vaşinqton silahlara nəzarətə sadiqdir və Moskva ilə strateji sabitlik üzrə dialoqu bərpa etmək üçün fürsət gözləyir. O xatırladıb ki, yaxın vaxtlarda ikitərəfli məşvərət komissiyasının iclası keçiriləcək, onun çərçivəsində tərəflər Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə hazırkı Müqavilənin (START-3) icrası ilə bağlı məsələləri müzakirə edəcəklər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol