MÜDAFİƏ NAZİRLİYİ RUS SÜLHMƏRAMLILARINI BAŞA SALA BİLMİR - Növbəti etiraz

"Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının uydurma erməni toponimləri ilə qeyd olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması ümumiyyətlə anlaşılan deyil".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR:

"Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 02.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND olduğunu bir daha xatırladırıq.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq".

635x100

Şərhlər

dadaşyev 2022-12-03 15:58:16

Biz öz torpağımızda yadelliləri başa salmağa məcbur deyilik ki.Yadellilər öz torpağımızda bizi başa düşməyə məcburdurlar.Başa düşəmmirlərsə cəhənnəm olub getsinlər dağılmışlarına.

dadaşyev 2022-12-03 01:02:16

Eşidilmək istənməyən söz divara deyilmiş kimidir.Bəlkə daha bəsdir,deməyək?Bəlkə özümüz öz başımızın çarəsinə baxaq,hə?Otuz illik təcrübəmiz var axı bizim.Otuz il ATƏT-ə çox dedik,eşitmək istəmədi.Bundan nəticə çıxarmadıqmı yəni?Çıxardıq və çıxarınca da zəfər çaldıq.Bəlkə indi də eşidilməməyimizdən nəticə çıxarmağımızın vaxtıdır?

Vahid 2022-12-03 00:38:07

"Sülh meramlilarin" qazını kesirsen,onda başa düşürler.

Eli 2022-12-03 00:18:30

Vardanyanın ruslara verdiyi it yalı hem çox olub,hem de deyesen yağlı olub.

Son yazılar