Avropa təşkilatları 18 ildə “Müsəlman Qardaşları”na 79 milyard avro yardım edib – Avropalı deputat

Çoxsaylı xəbərdarlıqlara və çoxlu kəşfiyyat məlumatlarına baxmayaraq, Avropa institutları “Müsəlman Qardaşları” ilə birbaşa və ya dolayısı əlaqəli müxtəlif təşkilatları maliyyələşdirməyə davam edir. Bunların da hamısı Avropa İttifaqının (Aİ) əsas götürdüyü humanist və demokratik dəyərləri sarsıdır. 2004-cü ildən bəri Aİ qurumları tərəfindən “Müsəlman Qardaşları” və ona bağlı təşkilatlara 79 milyard avro yardım edilib.

AzPolitika.info xəbər verir ki, bunu Cənubi Asiya Demokratik Forumunun (SADF) veb platformada onlayn görüşündə Avropa Parlamentinin çexiyalı üzvü Tomas Zdeçovski Misir əsilli amerikalı yazıçı və siyasi analitik Cynthia Farahatla söhbətində deyib.

Tomas Zdeçovski Büdcəyə Nəzarət Komitəsinin vitse-prezidentidir və o, Avropa institutlarının “Müsəlman Qardaşları” şəbəkəsi ilə əlaqəli ön təşkilatlara ayırdığı maliyyə dəstəyindən narahat olduğunu açıq şəkildə bəyan edib.

T.Zdeçovski qeyd edib ki, həm Avropa Parlamenti, həm də Avropa Komissiyası islami manipulyasiya və bütövlükdə Avropa cəmiyyətinə sızmasından xəbərdar olmalıdır.

“Müsəlman Qardaşları” müxtəlif QHT-lər, dövlət və özəl qurumlar vasitəsilə sərbəst fəaliyyət göstərir. Bəziləri cəbhə təşkilatlarıdır, bəziləri birbaşa “Müsəlman Qardaşları” ilə işləyir – bütün bunlar təbii ki, “Müsəlman Qardaşları”ndan müstəqil olduqlarını iddia edir.

T.Zdeçovskinin fikrincə, bu vəziyyətə qarşı çıxmaq üçün kəşfiyyat üzrə təhlükəsizlik orqanlarına, milli, beynəlxalq və Aİ agentlikləri arasında daha çox məlumat mübadiləsinə, eləcə də pul vəsaitlərinin hərəkətinə nəzarət də daxil olmaqla Aİ institutları ilə milli agentliklər arasında daha sıx inteqrasiya və əməkdaşlıq formalarına, yəni sərhəd patrul xidmətinə və təhlükəsizliyin idarə edilməsinin digər formalarına ehtiyac var.

2020-ci ilin noyabr ayında Almaniya federal audit demokratik institutları sarsıtdığını göstərdikdən sonra təşkilata maliyyə ayırmağı dayandırıb və 2021-ci ildə Hollandiya hökuməti də eyni şeyi edib.

T.Zdeçovski deyib ki, dezinformasiyanın bütün formalarına, daha doğrusu, faydalı görünən vətəndaş cəmiyyəti qurumları tərəfindən mötədil və demokratik nitqlə radikal İslamın maskalanmasına qarşı mübarizə aparmaq lazımdır.

Bu məqsədlə avropalı deputat əvvəlcə maliyyənin kəsilməsinin, sonra isə bu fanatik islamçı təşkilatların fəaliyyətinin qadağan olunmasının vacibliyini qeyd edib: “Sadəlövhlüklə mübarizə aparmaq lazımdır. Avropalı siyasətçilər tez-tez tolerantlıq və inklüzivlik istiqamətində çalışdıqlarını düşünürlər, halbuki onların işi fanatikləri dəstəkləməkdir”.

Bu yaxınlarda ən çox satılan “Gizli Aparat: Müsəlman Qardaşlarının Ölüm Sənayesi” kitabının müəllifi Cynthia Farahat izah edib ki, “Gizli Aparat” ifadəsi “Müsəlman Qardaşları”nın özünün açıq terror qanadı adlandırdığı şeydir. Onun kitabı bu qlobal döyüşçü aparatı ilə informasiya boşluğunu doldurmaq məqsədi daşıyır. Bir çox insanlar bu cür aparatların keçmişdə qaldığını düşünür, amma bu belə deyil.

Demək olar ki, “Müsəlman Qardaşlar”ın da üzvü olduğu beynəlxalq cihadçı hərəkat 1920-ci illərdə müasir formada Misirdə yaradılıb. Məqsəd şəriət qanunları ilə idarə olunan qlobal İslam Dövləti yaratmaqdır; hər yerdə qurulacaq müsəlman xilafəti, hər yerdə aparılacaq əbədi cihad.

Cynthia Farahata görə, orijinal “Müsəlman Qardaşları” ilə həm İranda, həm də Cənubi Asiyada inkişaf etmiş fanatik islamçı təşkilatlar arasında mövcud olan güclü əlaqələr var.

L.SƏMLA

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar