Menu

DÇ-2022: Xorvatiya millisi Yaponiyaya qalib gələrək 1/4 finala yüksəlib

05.12.2022, 21:55
DÇ-2022: Xorvatiya millisi Yaponiyaya qalib gələrək 1/4 finala yüksəlib

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:1) Xorvatiya yığması adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Xorvatiya yığması 1/4 finalda Braziliya – Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Şərhlər

Moshu 2022-12-05 23:06:11

Dünya çempionatına baxıb Xorvatlara həsəd apardım. Əhalisi 4 188 853 nəfər olan Xorvatlar bütün dünyaya sübut etdi ki, əhalinin çoxluğu hələ heç nə demək deyil. Hərdən adam dönüb Xorvat olmaq istəyir. Sağ əlləri Azərbaycan yığmasının başına.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol